Dağların sehrini kəşf edin

Bildiriş
Əgər rezervasiyanızı Azərbaycan dilində yekunlaşdırmaq istəyirsinizsə, zəhmət olmasa +994 12 310 20 10 nömrəsi ilə bizimlə əlaqə saxlayın.

Şahdağda 5 ulduzlu yay istirahəti

Şəhərin isti atmosferindən uzaqlaşıb Şahdağın sərin dağ havasında istirahətinizə başlayın. Azərbaycanın ən seçilən 5 ulduzlu dağ kurortlarından biri olan Pik Palace, Shahdag, Autograph Collection dağların ətəyində yerləşir və sərin alp havası, yüksək səviyyəli rahatlığı, geniş ailə otaqları, panoramik mənzərəli 35°C isidilən açıq hovuzu və Şahdağ Mountain Coaster-ə rahat VIP çıxışı ilə fərqli bir yay təcrübəsi təqdim edir. Balinese masaj terapiyasından autentik Azərbaycan mətbəxinə qədər hər bir detal yüksək dağ atmosferində tam və komfortlu istirahət üçün düşünülüb.

 

Otaqlar və Sui̇tlər

Dağların qoynunda unudulmaz istirahət
Şahdağın təbiətində unudulmaz dağ istirahətini kəşf edin. Dağ havası və eyvanınızdan açılan mənzərə ilə oyanın. Zərif interyerə, müasir rahatlığa və pəncərənizin o tayında sizi gözləyən təbiət gözəlliyinə sahib otaq və suitlərdə dincəlin.

Yemək

Alpina Restoranı
Pik Palace-da
Bu parlaq, gün boyunca xoş məram göstərən retoranımız təcrübəli aşbaz komandasının əl işi olan, geniş çeşiddə yerli və beynəlxalq mətbəxini təqdim edir.

Yemək

Terraza Restoranı
Pik Palace-da
İtaliya və Aralıq dənizi mətbəxinə səyahətə çıxın - Terraza Restoranında sizi İtalyan şefimizin hazırladığı orijinal ləzzətlər gözləyir, sizi birbaşa İtaliyanın qəlbinə aparan dad təcrübəsi ilə.

Yemək

Şokolad Kafe
Pik Palace-da
Heç zaman dadmadığınız məzələrdən zövq alın. Evdə hazırlanmış şokolad, fondu və müxtəlif çeşiddə sendviçləri sevəcəksiniz.

Yemək

Pool Bar
Pik Palace-da
Dağ günəşinin altında isinərək təravətləndirici hovuzumuzda üzün və dadlı, sağlam smuzilər, mokteyllər və təzə sıxılmış şirələrdən zövq alın. Pool Bar-ın rahat mühiti tam sakitlik və dincəlmə hissini yaşamağınıza imkan yaradaraq istirahətinizi daha da unudulmaz edəcək.

Toylar və İclaslar

Unudulmaz Xatirələr Yaradın

Enerjili qalın

Fitnes mərkəzimizdə idman edərək enerjili qalın. İçəridə və çöldəki hovuzlarda üzməklə kef edin və ya cakuzi və saunada rahatlanın.
Daha çox məlumatlan

Əylənin

Kiçik macəraçılar və ailələr üçün unudulmaz anlar yaşadacaq fəaliyyətlər
Daha çox məlumatlan

Dincəlin

Dağ mənzərəsində spa müalicəsi və bədən terapiyası almaqla yüngülləşin və yenilənin
Daha çox məlumatlan
Şahdağ dağ kurortu qədim zamanlardan Azərbaycanın istirahət sığınacağı olub. Qusardan 30 kilometr uzaqlıqda yerləşən Şahdağ Avropa, Rusiya, Asiya və Orta Şərq arasında tarixi bir bağ rolunu oynayır. Tilsimlə dolu, dağlar əhatəsində bir oyun meydanı.

Öhdəliyimiz

Ətraf mühitə təsirimizi minimuma endirmək üçün enerjidən və sudan səmərəli istifadə edir, tullantı və karbon tullantılarını azaldır, həmçinin bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük veririk.