Şahdağ Restoran və Barlar
Pik Palace hotelində yerləşən restoranlarda yemək seçimlərimiz ətrafınızı əhatə edən təbiət gözəlliyi qədər heyranedici qastronomik macəraya vəd edir.
Alpina Restoranının tematikbüfetlərində müxtəlif dadlardan zövq alın və ya sevimli içkinizlə Chocolate Kafedə rahatlıq tapın. Terraza Restoranında xüsusi zövqlə hazırlanmış İtalyan və Aralıq dənizi mətbəxini kəşf edin. Hovuz barımızda müxtəlif sağlam qəlyanaltı seçimi ilə dincəlin. Xüsusi yemək məkanlarımızın təklif etdiyi ləzzətləri dəyərləndirməyə sizi məmnuniyyətlə dəvət edirik.
Alpina Restoranı
Gününüzə Alpina Restoranında füsunkar dağ mənzərələri ilə əhatələnmiş möhtəşəm bir səhər yeməyi ilə başlayın. Yüksək tavanlı geniş pəncərələrdən açılan mənzərələr, yerli və beynəlxalq mətbəx nümunələri ilə zəngin bufet və rahat mühit gününüzün ideal başlanğıcı olacaq.
Axşam isə tematik şam yeməyi bufetlərimiz sizi gastronomik bir səyahətə dəvət edir. Asiya və Azərbaycan mətbəxindən tutmuş dəniz məhsulları qədər hər axşam fərqli bir kulinariya təcrübəsi təqdim edərək hər qonaq üçün unudulmaz bir nahar anı yaradırıq.
Terraza Restoranı
İtaliya və Aralıq dənizi mətbəxinə səyahətə çıxın - Terraza Restoranında sizi İtalyan şefimizin hazırladığı orijinal ləzzətlər gözləyir, sizi birbaşa İtaliyanın qəlbinə aparan dad təcrübəsi ilə. İtaliyanın fərqli bölgələrinə məxsus xüsusi təamları dadın, şərab dequstasiya sessiyalarında iştirak edin və Aperitivo Saatı ərzində yay günəşinin Şahdağ mənzərələrinə işıq saçdığı atmosferdən həzz alın.
Zərif axşamınızı canlı skripka və gitara ifaları ilə tamamlayın, daddığınız ləzzətlər qədər valehedici və isti bir mühitin dadını çıxarın.
Chocolate Cafe
Pik Lounge – İdman Barı
Pool Bar
Dağ günəşinin altında isinərək təravətləndirici hovuzumuzda üzün və dadlı, sağlam smuzilər, mokteyllər və təzə sıxılmış şirələrdən zövq alın. Pool Bar-ın rahat mühiti tam sakitlik və dincəlmə hissini yaşamağınıza imkan yaradaraq istirahətinizi daha da unudulmaz edəcək.
Təravətləndirici içkilərin dadını çıxarın, yüngül qəlyanaltılardan həzz alın və ya ləzzətli bir yeməklə dağ havasının enerjisini hiss edin. Pool Bar - rahatlıq və sakitliyin ünvanıdır, dağ kurortunuzda unudulmaz bir təcrübə yaşamağınız üçün mükəmməl seçimdir.